Stomatoloq Şiv Pabari bildirib ki, Robusta paxlasından hazırlanan qəhvə dişləri Arabica qəhvəsinə nisbətən daha az ləkələyir.
E-saglam.az-ın məlumatına görə, o, açıqlamasında Cənubi Koreyada aparılan tədqiqatın nəticələrinə istinad edib.
Araşdırma göstərib ki, Robusta qəhvəsi içən insanların dişləri Arabica sevənlərə nisbətən daha ağ qalır. Bunun səbəbi Robusta paxlasının daha az turşulu olmasıdır. Yüksək turşulu içkilər diş minasını yumşaldır və ləkələrin daha tez nüfuz etməsinə şərait yaradır.
Pabari dişlərdə qəhvə ləkələrinin yaranmasının qarşısını almaq üçün hər fincan qəhvədən sonra, eləcə də su içdikdən sonra ağızı yaxalamağı məsləhət görür. O əlavə edib ki, soyuq və ya südlü qəhvə diş minasında ləkə yaratma ehtimalını xeyli azaldır.
Tərcümə: Könül Oruc