Psixoloq Sergey Lunyuşin insanların özünə hörmətinin azalmasını göstərən əsas əlamətləri sadalayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, aşağı özünə qiymət verən şəxslər tez-tez öz bacarıqlarına şübhə edir, özlərini başqaları ilə müqayisə edir və xüsusi bir dəyərlərinin olmadığına inanırlar.
Mütəxəssis bildirib ki, belə insanlar ictimai vəziyyətlərdən çəkinir, mühakimə olunmaqdan qorxur və yeni mühitlərdə narahatlıq yaşayırlar. Bu, özgüvənsizliyin ən görünən davranış göstəricilərindən biridir.
Lunyuşinin fikrincə, aşağı özünə hörməti “tez düzəltmək” mümkün deyil. Bu, dərin psixoloji iş, düşüncə tərzinin dəyişməsi və özünü qəbul etmə bacarığının inkişafını tələb edir. O, həmçinin insanların özünü necə qavradığını anlamaq üçün "Sorensen Özünə Hörmət Testi"ndən istifadə etməyi tövsiyə edib.
Tərcümə: Könül Oruc