Tibbi xəbərlər
Transplantasiya ehtiyacı olan xəstələr üçün
Tibbi xəbərlər
137

Transplantasiya ehtiyacı olan xəstələr üçün yeni imkan: xaricə ehtiyac azalır

Azərbaycanda hər il təxminən 150–200 nəfərə sümük iliyi transplantasiyası tələb olunur və bu xəstələrin əhəmiyyətli hissəsi uzun illər xarici ölkələrə üz tutmağa məcbur qalırdı.

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib.

Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın nəzdində açılan müasir transplantasiya mərkəzi bu ehtiyacın böyük qismini ölkə daxilində qarşılamağa imkan verəcək.

Mərkəzdə həm allogen, həm də autoloji transplantasiyalar beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Bu isə xəstələrin xaricdə müalicə üçün aylarla növbə gözləməsinin, yüksək maliyyə xərclərinin və uzunmüddətli yolçuluğun qarşısını alacaq.

Qurum rəhbərliyinin sözlərinə görə, yeni mərkəz təkcə müalicə imkanlarını genişləndirmir, həm də pasiyentlərə daha operativ, təhlükəsiz və nəzarətli tibbi xidmət təqdim etməklə ölkənin hematoloji sahədə özünü təminetmə səviyyəsini yüksəldir. Bu addım gələcəkdə həm xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracaq, həm də Azərbaycanın xaricə tibbi asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun