Boyun önündə yerləşən tiroid vəzi hormonlar istehsal edərək bədənin enerji balansını tənzimləyir.
E-saglam.az xəbər verir ki, lakin hormon istehsalında pozuntu yuxu problemlərinə səbəb ola bilər.
Hipertiroidizm zamanı bədən daim “yüksək sürətlə işləyir”, bu da gecə tərləməsi, tez-tez sidiyə getmə və yuxuya getməkdə çətinlik yaradır. Hipotiroidizm isə bədən istiliyini aşağı salır, üşütmə, əzələ ağrıları və dəridə quruluqla yanaşı, yuxu keyfiyyətini də pozur.
Dr. Kristin xəbərdarlıq edir ki, tiroid balanssızlığı uzun müddətli yuxu pozğunluqlarına gətirib çıxara bilər.
Erkən diaqnoz və müalicə vacibdir - hipertiroidizm radioaktiv yod, dərman və ya cərrahi müdaxilə ilə idarə oluna bilər. Gecələr yuxuya getməkdə çətinlik, tərləmə və qaşınma kimi simptomlar varsa, mütləq həkimə müraciət edin.
Tərcümə: Könül Oruc