Mütəxəssislər qəhvənin risklərinə diqqət çəkir.
E-saglam.az xəbər verir ki, Krasnoqorsk xəstəxanasının kardioloqu Aida Məqamədova bildirir ki, gündə 3-4 fincandan artıq qəhvə içmək ürək və mədə-bağırsaq sağlamlığına zərər verə bilər.
Həddən artıq qəhvə döyüntünün artmasına, qan təzyiqinin yüksəlməsinə, aritmiya riskinə və mədə turşuluğunun artmasına səbəb olur.
Ac qarına qəhvə içmək mədə selikli qişasına xəsarət verə bilər. Bundan əlavə, kofein sinir sistemini stimullaşdıraraq yuxusuzluq, əsəbilik və yorğunluq yarada bilər.
Müntəzəm istifadədə isə fizioloji asılılıq inkişaf edə bilər, dozanın atlanması baş ağrısı və performansın azalmasına gətirib çıxarır.
Tərcümə: Könül Oruc