Tibbi xəbərlər
Həkimlər nəcisin görünüşü ilə sağlamlığı qiymətləndirməyin
Tibbi xəbərlər
160

Həkimlər nəcisin görünüşü ilə sağlamlığı qiymətləndirməyin yolunu açıqladı

Qastroenteroloqlar Vil Bulsyeviç və Ekta Qupta bağırsaq sağlamlığının əsas göstəricilərindən birinin nəcis olduğunu bildiriblər. Onlar "GQ" jurnalına açıqlamasında, insanın nəcisinin görünüşü əsasında sağlamlığını qiymətləndirmək üsulunu izah ediblər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, ideal nəcis kolbasavari, hamar, yumşaq və formalı olmalıdır ki, defekasiya zamanı gərginlik yaranmasın. Bulseviç qeyd edib ki, boş və ya sərt nəcis uzun müddət davam edərsə, tibbi yardım tələb olunur. Nəcisdə qan olması və kəskin qarın ağrısı isə xəstəxanaya təcili müraciət üçün ciddi siqnaldır.

Qupta əlavə edib ki, bağırsaq sağlamlığını qiymətləndirmək üçün nəcis görünüşü ilə yanaşı bağırsaq hərəkətlərinin müntəzəmliyinə və ümumi rifaha diqqət yetirmək vacibdir. O bildirib ki, tualetdən sonra natamam evakuasiya hissi də xəbərdarlıq əlaməti hesab olunur.

Həkimlər həmçinin bağırsaq hərəkətlərində dəyişikliklərin, qəbizlik və ya ishal kimi davamlı problemlərin, həmçinin qarın ağrısı və qanaxmaların ciddi sağlamlıq problemlərinin göstəricisi ola biləcəyini vurğulayıblar. Nəcisin vəziyyəti, tərkibi və rəngi haqqında diqqətli olmaq bağırsaq sağlamlığının qorunması üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun