Tibbin atası kimi tanınan İbn Sina, 1000 il əvvəl yazdığı "Əl-Qanun Fi Tibb" əsərində öskürək üçün təsirli və təbii müalicə üsulları təqdim edib.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu reseptlər bu gün də boğaz qıcıqlanmalarını yüngülləşdirmək və öskürəyi sakitləşdirmək üçün faydalıdır.
İbn Sina öskürəyi təbii və sadə qarışıqlarla aradan qaldırmağın yollarını izah edib. Onun ən məşhur reseptlərindən biri kətan toxumu və bal qarışığıdır. Kətan toxumu bir az qovulduqdan sonra bal ilə yoğrulur və əldə edilən qarışıq bankada saxlanılır. Öskürək pisləşdikdə gündə bir çay qaşığı qəbul edilməsi tövsiyə olunur.
Başqa bir təbii qarışıq isə qaynadılmış üzüm şirəsidir. Soyulmuş xiyar və badam toxumları, zefir və heyva toxumları, biyan kökü, ökseotu, kişmiş və nişasta birlikdə bişirilir, sonra üzüm şirəsi əlavə olunur. Bu qarışıq səhər oyananda və yatmazdan əvvəl bir fincan qəbul edilir.
Mütəxəssislər vurğulayırlar ki, İbn Sinanın illər əvvəl verdiyi bu təbii qarışıqlar, mövsümi öskürək və boğaz qıcıqlanmaları üçün effektiv vasitədir. Lakin davamlı və güclü öskürək hallarında həkimə müraciət olunması vacibdir.
İbn Sina reseptləri göstərir ki, min illər öncə verilmiş tövsiyələr bu gün də şəfa verə bilər və təbii müalicə üsullarının əhəmiyyətini sübut edir.
Tərcümə: Könül Oruc