Qidalanma
Qarabaşaq yarmasını belə bişirin -
Qidalanma
93

Qarabaşaq yarmasını belə bişirin - daha sağlam üsuldur

Qastroenteroloq Sergey Vyalov ruslara qarabaşaq yarmasını daha qidalı hazırlamaq üçün qeyri-adi, lakin faydalı üsul məsləhət görüb.

E-saglam.az xəbər verir ki, mütəxəssis bu barədə "Telegram" kanalında məlumat verib.

Həkimə görə, qarabaşaq yarmasının tərkibindəki vitamin və mineralları maksimum saxlamaq üçün onu qaynatmaq əvəzinə suda islatmaq daha yaxşıdır. Vyalov bildirib ki, qarabaşaq bir gecə suda qaldıqda həm daha çox faydalı maddələrini qoruyur, həm də daha asan həzm olunur.

Onun sözlərinə görə, səhər saatlarında artıq hazır şəkildə qidalı qarabaşaq əldə etmək mümkündür. Bu üsulla hazırlanan qarabaşaq həm səhər yeməyi, həm də gün ərzində yüngül qəlyanaltı üçün ideal seçim sayılır.

Mütəxəssis əlavə edib ki, isladılmış qarabaşaq yarması mədə üçün daha yumşaqdır və orqanizmin qidanı daha rahat həzm etməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun