Tibbi xəbərlər
Həmyaşıdları ilə oynamaq uşaqda
Tibbi xəbərlər
158

Həmyaşıdları ilə oynamaq uşaqda insult ilə nəticələndi

ABŞ-da 11 yaşlı məktəblinin həmyaşıdları ilə oynadığı təhlükəli oyun faciə ilə nəticələnib.

E-saglam.az xəbər verir ki, "Metropoles"in məlumatına görə, Koul Ditmor adlı uşaq sinif yoldaşları ilə oyun zamanı təsadüfən insult keçirib.

Hadisə zamanı uşaqlar futbol topunu Ditmorun üzərinə dəymədən atmağa çalışıblar. Bu an 11 yaşlı uşaq ağzına marker qoyub və uğursuz zərbə nəticəsində marker boğazına ilişərək onun boğulmasına səbəb olub. Bir neçə saniyə içində uşaq huşunu itirib. Ayılanda isə nitqi pozulmuş, bədəninin sol tərəfini idarə edə bilmədiyi məlum olub.

Xəstəxanada aparılan müayinələr göstərib ki, marker boğazın arxa divarını zədələyib, topun güclü zərbəsi isə insultu tətikləmiş olub. Ditmor bir həftə reanimasiyada qalıb. Hərəkət qabiliyyəti qısa zamanda yaxşılaşsa da, iki ay sonra belə fiziki terapiyanı davam etdirir.

Həkimlər uşaqların nəzarətsiz və riskli oyunlar oynamasının ciddi fəsadlara səbəb ola biləcəyini xatırladaraq valideynləri diqqətli olmağa çağırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun