Qidalanma
Həkim duzlu qidalara həvəs yaradan
Qidalanma
81

Həkim duzlu qidalara həvəs yaradan xəstəliklərdən danışdı

Duzlu qidalara qarşı davamlı həvəs hər zaman sadə bir vərdiş olmaya bilər.

E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin daxili xəstəliklər kafedrasının professoru Stanislav İonov bildirib ki, duza meyl bəzən ciddi sağlamlıq problemlərinə işarə edir. Onun sözlərinə görə, orqanizm üçün vacib olan duzun həddindən artıq istehlakı böyrək və öd daşı, metabolik pozğunluqlar və hətta şəkərli diabet riskini artıra bilər.

Mütəxəssis vurğulayıb ki, duzlu yeməklərə güclü istək bəzən su-elektrolit balanssızlığından qaynaqlanır. Normalda orqanizmin pH göstəricisi 7,2–7,4 aralığında olur. Turşu-qələvi tarazlıq qələvi tərəfə dəyişdikdə, duz tələbatı artır. Bu isə bəzi endokrin xəstəliklərin və ya qanda natrium çatışmazlığının əlaməti ola bilər.

Həkim bildirib ki, natriumun azalması mərkəzi sinir sisteminə təsir göstərir və reflekslərin zəifləməsi, letargiya, apatiya və daimi yuxululuq kimi əlamətlərlə müşahidə oluna bilər. Bu tip pozğunluqlar çox vaxt irsi xarakter daşıyır və pH səviyyəsindəki kənaraçıxmalarla özünü göstərir.

İonovun sözlərinə görə, duzlu yeməklərə qarşı həddindən artıq həvəs hiss edən şəxslər endokrinoloq müayinəsindən keçməlidirlər. Bu, həm balanssızlığın səbəbini müəyyən etməyə, həm də vaxtında müalicəyə başlamağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun