Qidalanma
Noyabrda kartofda toksin riski artır:
Qidalanma
86

Noyabrda kartofda toksin riski artır: mütəxəssislər xəbərdarlıq edir

Noyabr ayında kartofla bağlı təhlükəsizlik xəbərdarlığı edilib.

E-saglam.az xəbər verir ki, soyuq havanın başlaması ilə tərəvəzlərin saxlama şərtləri dəyişir və xarici qida təhlükəsizliyi mütəxəssisləri xüsusilə bu ay kartofun daha riskli ola biləcəyini bildirirlər.

Böyük Britaniyanın Qida Mikrobiologiyası İnstitutuna görə, noyabrda kartoflarda “yaşıllaşma və cücərmə” daha çox müşahidə olunur. Bu proses solanin adlı təbii toksinin səviyyəsini artırır və uyğun olmayan şəraitdə saxlanılan kartof qida zəhərlənməsi riski yarada bilər.

ABŞ Qida Təhlükəsizliyi Tədqiqat Mərkəzi qeyd edir ki, aşağı temperatur və rütubət kartofun daha tez cücərməsinə səbəb olur. Cücərdikcə solanin miqdarı yüksəlir və bu maddə ən çox qabıqda və cücərtilərin olduğu hissələrdə toplanır. Uzun müddət saxlanılmış kartoflarda risk daha yüksəkdir.

Avropalı qida mühəndisi Dr. Helen Marrow xəbərdarlıq edir ki, kartofun yaşıllaşması sadəcə görüntü problemi deyil. Acı dad hiss edilən kartoflar solanin artımının əlamətidir və istehlak edilməməlidir.

Mütəxəssislər bildirirlər ki, həddindən artıq solanin qəbul edildikdə ürəkbulanma, qarın ağrısı, qusma və başgicəllənmə kimi simptomlar yarana bilər.

Noyabr ayında kartof alarkən yaşıl, cücərmiş, yumşaq, qırışmış və acı qoxulu kartoflardan çəkinmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun