Psixologiya
Emosional ağrının öhdəsindən necə gəlmək olar? -
Psixologiya
123

Emosional ağrının öhdəsindən necə gəlmək olar? - Psixoloqdan məsləhət

Yeni məsləhətlərə görə, emosional ağrı ilə mübarizədə özünüzə sərt tələblər qoymaq əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, sağalma prosesi tələskənlik deyil, mərhələli və zərif yanaşma tələb edir.

Psixoloq Anna Gordeevanın sözlərinə görə, insan emosional ağrı yaşadıqda bədən çox vaxt yemək, şirniyyat və spirt kimi keçici rahatlıq verən vasitələrə üz tutur. Lakin bu, problemi həll etmir və vəziyyəti daha da pisləşdirə bilər. Gordeeva bildirib ki, sağlamlaşmanın əsası həyat tərzinin tədricən yenilənməsindən keçir.

Mütəxəssis vurğulayır ki, pəhrizin yaxşılaşdırılması, yuxu rejiminin bərpası və müntəzəm fiziki aktivlik emosional yükü azaltmağa kömək edir. O, gündəlik rejimi gözdən keçirməyi, sağlam və balanslı menyu qurmağı tövsiyə edir.

Həmçinin yüngül fiziki məşqlər, qısa gəzintilər, isti-up hərəkətləri və uzanma məşqləri diqqəti dəyişməyə və psixoloji gərginliyi azaltmağa kömək edə bilər.

Psixoloq qeyd edir ki, emosional ağrıdan qurtulma təkcə iradə ilə mümkün deyil: “Özünüzə vaxt vermək, mərhələlərlə hərəkət etmək və bədənə qayğı göstərmək sağalmanın ən təsirli yoludur”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun