Xəstəliklər
Yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldan
Xəstəliklər
63

Yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldan qidalar açıqlanıb

Britaniyalı cərrah Karan Racan kolon xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan əlçatan və ucuz qidaların adını açıqlayıb.

E-saglam.az xəbər verir ki, həkim gündəlik rasionda süd məhsulları, çia toxumu, yarpaqlı göyərti və ümumilikdə kalsiumla zəngin məhsullara yer verilməsinin 17 faiz daha az xərçəng riski yaratdığını bildirib.

Racan qeyd edib ki, kalsium yalnız sümüklər üçün deyil, həm də yoğun bağırsağın sağlamlığı üçün vacibdir. Onun sözlərinə görə, kalsium öd turşuları ilə birləşərək bağırsaq selikli qişasını zədədən qoruyan bir maddə əmələ gətirir və bununla da yoğun bağırsağın keçiriciliyini azaldır.

Həkim əlavə edib ki, bu qoruyucu təsir yaş, cinsiyyət, genetika, fiziki aktivlik və siqaretdən asılı deyil. Gündə cəmi 300 milliqram kalsium qəbul etmək kifayətdir. Bu miqdar bir stəkan süddə, 170 qram qatıqda, bir stəkan yarpaqlı göyərtidə və ya iki xörək qaşığı çia toxumunda mövcuddur.

Racan kalsium tabletlərinin də müəyyən fayda verdiyini, lakin təbii məhsullarla müqayisədə riskin yalnız doqquz faiz azaldığını bildirib. Buna görə də o, mümkün qədər kalsiumu qidalar vasitəsilə almağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun