Qidalanma
Stresdən çıxaran
Qidalanma
69

Stresdən çıxaran qidalar

Diyetoloq Lyudmila Denisenko stresdən xilas olmaq üçün təkcə ruhu rahatlaşdıran fəaliyyətlərin deyil, düzgün qidalanmanın da böyük rol oynadığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, müəyyən qidalar orqanizmdə sakitləşdirici təsir yaradır və emosional tarazlığı dəstəkləyir.

Həkim öncə tünd şokoladın faydasına diqqət çəkir. Şokoladın tərkibindəki maddələr endorfinlərin – sevinc hormonlarının – ifrazını artırır və əsəb gərginliyini azalda bilir. Gündə təxminən 40 qram qara şokolad stressi azaltmaq üçün kifayətdir.

Denisenko həmçinin Brüssel kələmi, ağ kələm və brokoli kimi tərəvəzləri menyuya əlavə etməyi məsləhət görür. Xaçlı tərəvəzlər narahatlığı və depressiv əlamətləri azaltmağa kömək edən maddələrlə zəngindir. Kükürd birləşmələri isə orqanizmdə faydalı fermentlərin istehsalını artıraraq hüceyrə səviyyəsində qoruyucu təsir göstərir.

Bundan başqa, zeytun yağı, kərəviz, sarımsaq, biyan kökü, yağlı balıq, eləcə də qaragilə, böyürtkən, moruq, qara qarağat kimi giləmeyvələr də stress hormonlarını tarazlaşdırmağa kömək edən məhsullar sırasındadır.

Mütəxəssis bu qidaları gündəlik rasiona əlavə etməyin həm psixoloji, həm də ümumi sağlamlığa müsbət təsir etdiyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun