Florida Universitetinin alimləri müəyyən edib ki, sadə və sağlam həyat tərzi beyin fəaliyyətini əhəmiyyətli dərəcədə gəncləşdirə bilər.
E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Brain Communications" jurnalında dərc olunub.
İki il davam edən tədqiqatda 128 orta yaşlı və yaşlı kişi iştirak edib. Onların beyin yaşı MRT və süni intellektlə hesablanaraq xronoloji yaşla müqayisə olunub. Nəticədə bəzi gündəlik vərdişlərin beyini səkkiz ilədək cavanlaşdıra bildiyi müəyyənləşdirilib.
Beyni gəncləşdirən əsas vərdişlər bunlardır: siqareti tərgitmək, bel ətrafının sağlam ölçüdə qalması (qadınlarda 80 sm, kişilərdə 94 sm-dən çox olmaması), optimizm, müsbət emosiyaların üstünlüyü, az stres, ailə və dostlardan güclü sosial dəstək, eləcə də keyfiyyətli yuxu.
Tədqiqatın rəhbəri, Florida Universitetinin dosenti Kimberli Sibill bildirib ki, bu vərdişlər təkcə fiziki vəziyyəti yaxşılaşdırmır, həm də beyinin fəaliyyətini və ümumi sağlamlığı uzunmüddətli qorumağa kömək edir.
Tərcümə: Könül Oruc