Qidalanma
Payızda daha çox su içmək nə üçün vacibdir? -
Qidalanma
141

Payızda daha çox su içmək nə üçün vacibdir? - Həkimdən izah

Soyuq havaların başlaması ilə orqanizmin suya olan ehtiyacı azalmış kimi görünsə də, əslində bu dövrdə bədən daha çox mayeyə ehtiyac duyur.

E-saglam.az xəbər verir ki, Krasnoqorsk xəstəxanasının profilaktika şöbəsinin müdiri, həkim-terapevt Yekaterina Sısoyeva NEWS.ru-ya açıqlamasında bildirib ki, payızın sonu və qış aylarında insanlar tez-tez su içməyi unudur, bu isə həm ümumi sağlamlığa, həm də dərinin vəziyyətinə mənfi təsir göstərir.

Həkimin sözlərinə görə, kifayət qədər su qəbul etmədən nə dərman, nə də kosmetik vasitə istənilən nəticəni vermir. Su dərinin gəncliyini, elastikliyini və sağlam görünüşünü qoruyan əsas amildir.

Sısoyeva qeyd edib ki, omeqa-3 və yağ turşularının çatışmazlığı da dərinin quruluğunu artırır. Buna görə də o, payız-qış aylarında rasiona qoz-fındıq, bitki yağları, yağlı balıqlar, tərəvəzlər, yumurtalar, paxlalılar, dəniz məhsulları və yağsız ət daxil etməyi tövsiyə edir.

Terapevt həmçinin A, C və E vitaminləri ilə zəngin qidaların qəbulunun da bu mövsümdə bədəni dəstəklədiyini vurğulayıb. Bu vitaminlər dərini qoruyur, immun sistemini gücləndirir və mövsümi yorğunluğun qarşısını alır.

Sısoyeva əlavə edib: “Soyuq aylarda hava quru olur, evlərdə isitmə sistemi işləyir və bu, dərinin nəm balansını pozur. Buna görə də gündəlik su içmə vərdişini qorumaq çox vacibdir.”

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun