Faydalı
Əgər çay paketini fincanda qaşıqla sıxırsınızsa, bu vərdişdən
Faydalı
108

Əgər çay paketini fincanda qaşıqla sıxırsınızsa, bu vərdişdən dərhal əl çəkin: səbəbi budur

Bir çox insan çay paketini sıxmağı adi bir vərdiş hesab edir, amma bu hərəkət düşündüyünüz qədər zərərsiz deyil. Xüsusilə çay dəmləyərkən ipin qaşığın ətrafına dolanması və paketə təzyiq göstərilməsi, sağlamlıq baxımından bəzi arzuolunmaz nəticələrə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, çay paketini sıxmaq, onun tərkibindəki tanin adlı maddələrin daha çox miqdarda suya keçməsinə gətirib çıxarır. Taninlər çayın dadını acılaşdırır, ətrini dəyişdirir və uzunmüddətli istehlakda orqanizmə mənfi təsir göstərə bilər.

Bu səbəbdən mütəxəssislər çay paketini dəmlədikdən sonra sıxmaqdansa, 3–4 dəqiqə isti (amma qaynar olmayan) suda saxlamağı və sonra sakitcə çıxarmağı məsləhət görürlər.

Bundan başqa, bəzi paket çaylar tərkibində boya, ətir və sintetik qatqılar daşıya bilər. Paket sıxıldıqda bu maddələrin konsentrasiyası artır və bu da orqanizm üçün əlavə yük yaradır. Buna görə də mümkün qədər təbii xammaldan hazırlanmış, keyfiyyətli çaylar seçmək tövsiyə olunur.

Çayı düzgün dəmləmək üçün sadə qaydalar:

– Çay paketini 3–5 dəqiqədən artıq suda saxlamayın.

– Dəmləndikdən sonra paketi sıxmadan çıxarın.

– İmkan varsa, paket çay əvəzinə boş yarpaqlı təbii çaylardan istifadə edin.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun