Mütəxəssislər bildirirlər ki, xurma sağlam olsa da, onu həddindən artıq yemək düzgün deyil.
E-saglam.az xəbər verir ki, yetkin bir insan gündə təxminən 300 qramdan çox xurma qəbul etməməlidir ki, bu da iki böyük və ya üç-dörd kiçik meyvəyə bərabərdir.
Uzmalar vurğulayırlar ki, gündəlik şəkər qəbuluna nəzarət vacibdir, çünki şəkər yalnız meyvələrdə deyil, bəzi tərəvəzlərdə də olur. Xurma tərkibindəki C vitamini, beta-karotin və maqnezium sayəsində ürək-damar, həzm və immun sisteminə, həmçinin dəri sağlamlığına faydalıdır.
Bununla belə, xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar meyvəni xəstəliyin alovlandığı dövrdə yeməkdən çəkinməlidirlər.
Tərcümə: Könül Oruc