Xəstəliklər
Ağır vəziyyətdə KTM-yə gətirilən
Xəstəliklər
73

Ağır vəziyyətdə KTM-yə gətirilən 74 yaşlı xəstə xilas edilib

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib

E-saglam.az xəbər verir ki, 25 oktyabr 2025-ci il tarixində 74 yaşlı vətəndaş huşu alaqaranlıq ve qeyri-adekvat vəziyyətdə təngənəfəslik, boğulma şikayətləri ilə yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Zəruri müayinələrdən sonra xəstə durğunluq, ürək çatışmazlığı (EF-25%), qaraciyər sirrozu, assit (qarın boşluğunda maye yığılması), ikitərəfli hidrotoraks (ağciyər ətrafında maye yığılması) diaqnozları ilə Ümumi Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

Müalicə həkimləri Terapevtik Reanimasiyanın şöbə müdiri Təranə Məhərrəmova və şöbənin həkimi Zümrüd Osmanovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib.

Hal-hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun