Qidalanma
Nə qədər naringi gündəlik C vitamini ehtiyacını
Qidalanma
69

Nə qədər naringi gündəlik C vitamini ehtiyacını ödəyir? - Professor izah etdi

Naringi qış aylarının ən faydalı meyvələrindən biridir.

E-saglam.az xəbər verir ki, Biologiya elmləri doktoru Vera Kodentsovanın sözlərinə görə, cəmi üç naringi bədəni gün ərzində lazım olan bütün C vitamini ilə təmin edə bilər.

Ekspert bildirir ki, 100 qram naringidə 38 milliqram C vitamini var — bu da gündəlik tələbatın təxminən 30 faizinə bərabərdir. Üç orta ölçülü naringi immun sistemini gücləndirmək üçün kifayətdir.

Naringilərin faydası yalnız C vitamini ilə məhdudlaşmır. Onların tərkibində antioksidant xüsusiyyətə malik flavonoidlər də var. Bu maddələr orqanizmi oksidləşdirici stressdən qoruyur, damarların iltihabını azaldır, xolesterolu aşağı salır və ürək-damar sisteminə müsbət təsir göstərir. Flavonoidlər ən çox naringinin qabığının altındakı ağ təbəqədə və qabığın özündə olur.

Meyvənin tərkibində həmçinin kalium, maqnezium və həzm üçün faydalı lif də mövcuddur.

Bununla belə, mütəxəssis xəbərdarlıq edir: naringi allergiya yarada bilər və mədə turşuluğu, xorası və ya bağırsaq iltihabı olan insanlar onu ehtiyatla yeməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun