Tibbi xəbərlər
Ağrıkəsicilərdən düzgün istifadə
Tibbi xəbərlər
81

Ağrıkəsicilərdən düzgün istifadə edirsinizmi?

Ağrıkəsicilər ən çox istifadə edilən dərmanlardandır, lakin ehtiyatsızlıqla qəbul edildikdə ciddi fəsadlar yarada bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, ağrını dərmanla susdurmaq onun səbəbini aradan qaldırmır və bəzən həyati təhlükə yaradır.

Prof. Dr. İlhan Öztekin bildirir ki, ağrı bədənin xəbərdarlıq siqnalıdır və səbəbi bilinmədən davamlı dərman qəbulu düzgün deyil. Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP) qısamüddətli istifadədə uyğundur, lakin uzun müddət və ya yüksək dozada istifadə böyrək, mədə və qaraciyərə zərər verə bilər.

Yaşlılar və uşaqlarda risk daha yüksəkdir. Onlarda böyrək və qaraciyər zədələnməsi, mədə qanaması və hormonal pozğunluq riski artır. Uzunmüddətli istifadə həmçinin psixoloji asılılıq yarada bilər.

Dərman qəbul etmədən həkimə müraciət edin, əgər ağrı 2-3 gün ərzində keçmirsə, qusma, görmə pozğunluğu, sinə və ya qarın ağrısı müşahidə olunursa.

Yüngül ağrılar üçün dərmansız üsullar: istirahət, su içmək, masaj, isti-soyuq tətbiq, stressi azaltmaq və fizioterapiya.

Mütəxəssislər xəbərdar edir: müxtəlif ağrıkəsiciləri birləşdirmək təhlükəlidir, bu, mədə qanaması və təzyiqin düşməsi kimi ağır nəticələrə gətirə bilər.

Unutmayın: Ağrıkəsicilər yalnız həkim məsləhəti ilə, qısa müddət və düzgün dozada istifadə edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun