Psixoterapevt və psixiatr Yevgeni Fomin dəbdəbəli avtomobil nömrələrini sevənlər arasında narsisistik şəxsiyyət pozğunluğundan şübhələndiyini deyib.
E-saglam.az xəbər verir ki, o, açıqlamasında bu cür insanlar arasında rast gəlinən spesifik psixi vəziyyətdən danışıb.
Fominin fikrincə, bu cür avtomobil nömrələri ilə insan öz əhəmiyyətini və statusunu başqalarına göstərmək istəyir – yəni “mən vacibəm, mənim çəkim var, mən digərlərindən üstünəm” mesajını verir.
“Onlar fərqlənmək istəyirlər. Bu, müəyyən dərəcədə narsisistik şəxsiyyət xüsusiyyətindən xəbər verir”, – psixiatr qeyd edib.
Həkim əlavə edib ki, imtiyazlı nömrələrə sahib olmaq istəyi çox vaxt dəbdəbəli əşyalara — məsələn, qızıl saatlara və bahalı geyimlərə maraqla müşayiət olunur. Fominin sözlərinə görə, bu davranış da narsissizmin göstəricisi ola bilər.
Tərcümə: Könül Oruc