Faydalı
Super qida: Ürək dostu,
Faydalı
147

Super qida: Ürək dostu, immunitet gücləndirici

Balqabaq və balqabaq toxumları sağlamlıq üçün kiçik, lakin çox təsirli qida mənbələridir. Beta-karoten, C vitamini və kaliumla zəngin olan bu qidalar immunitet sistemini gücləndirir, ürək sağlamlığını qoruyur və həzm sistemini dəstəkləyir.

E-saglam.az xəbər verir ki, balqabaqlar onlara parlaq narıncı rəng verən karotenoidlərlə zəngindir. Bədəndə A vitamininə çevrilən beta-karoten görməni, dəri sağlamlığını və immunitet sistemini dəstəkləyir. Tədqiqatlar göstərir ki, karotinoidlərlə zəngin pəhriz ürək xəstəlikləri və bəzi xərçəng növlərinin riskini azaldır, orqanizmdə iltihabı zəiflədir.

Balqabaq həm də C vitaminikalium baxımından dəyərli qidadır. C vitamini immun sistemini və kollagen istehsalını gücləndirir, kalium isə ürək sağlamlığını dəstəkləyir və bədəndə natrium balansını qoruyur. Liflə zəngin olması sayəsində balqabaq qan şəkərini tənzimləyir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və uzunmüddətli toxluq hissi yaradır.

Nəhəng tarlalarda yetişən balqabaqlar adətən dekor üçün istifadə olunsa da, onların ətindən şorba, püre və ya piroqlarda da faydalanmaq mümkündür. Daha kiçik və sıx növlər isə gündəlik qidalanma üçün daha münasib sayılır.

Balqabaq toxumları: kiçik, amma güclü qida mənbəyi

Balqabaq toxumları sink, maqnezium və selen kimi minerallarla zəngindir. Bu elementlər immun sisteminin möhkəmlənməsində, bağırsaq sağlamlığında və hormon balansının qorunmasında mühüm rol oynayır. Sink çatışmazlığı infeksiyalara qarşı həssaslığı artırır, selen orqanizmdə iltihabı azaldır, maqnezium isə əzələlərin rahatlamasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.

Balqabaq toxumları həm də lif və bitki mənşəli zülal mənbəyidir. Bu qidalar bağırsaq mikrobiotasını dəstəkləyir, həzmi tənzimləyir və immuniteti gücləndirir. Onların tərkibindəki triptofan serotonin və melatoninə çevrilərək yuxu rejimini balanslaşdırır.

Balqabağı necə yeməli?

Balqabaq çox yönlü qidadır və həm şirin, həm də duzlu yeməklərdə istifadə edilə bilər:
– Zeytun yağı və ədviyyatlarla sobada qovrulur.
– Smuzi və püre tərkibinə əlavə edilə bilər.
– Balqabaq toxumları pancake, tort və ya salatlara qatılaraq həm dad, həm də qida dəyəri artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun