Sağlamlıq
Yeni araşdırma: Yumurtanın qan yağlarını artırmadığı
Sağlamlıq
157

Yeni araşdırma: Yumurtanın qan yağlarını artırmadığı sübut edildi!

Avstraliyada aparılan genişmiqyaslı araşdırma göstərib ki, yumurta sanıldığı kimi “pis” qan yağlarını artırmır, əksinə bəzi insanlarda onları azalda bilər.

E-saglam.az xəbər verir ki, uzun illər yumurtadakı yağların sağlamlığa zərərli olduğu düşünülürdü. Lakin alimlər müəyyən ediblər ki, qan yağlarının yüksəlməsinə səbəb yumurtadakı yağ deyil, qidalarla qəbul edilən doymuş yağlardır.

Tədqiqat zamanı gündə iki yumurta yeyən, lakin yağ qəbulunu azaldan şəxslərdə qan yağlarının səviyyəsinin aşağı düşdüyü müşahidə olunub. Doymuş yağ miqdarı çox olan pəhrizlər isə əksinə, səviyyəni artırıb.

Araşdırmanın rəhbəri Conatan Bakli bildirib: “Qan yağlarının artmasının səbəbi yumurta deyil, doymuş yağlardır”.

Mütəxəssislər artıq bildirir ki, sağlam qidalanma çərçivəsində yumurta qəbulunun qan yağları üçün təhlükə yaratmadığı elmi şəkildə sübut olunub.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun