Sağlamlıq
Arıqlama iynələri ilə sürətli nəticə istəyənlər üçün
Sağlamlıq
87

Arıqlama iynələri ilə sürətli nəticə istəyənlər üçün vacib XƏBƏRDARLIQ

Son aylarda “arıqlama iynəsi” kimi tanınan GLP-1 və GIP analoqları sosial mediada geniş yayılıb. Bu preparatlar iştahanı azaldaraq çəki itkisində təsirli olsa da, mütəxəssislər onların yalnız həkim nəzarəti altında və sağlam həyat tərzi ilə birlikdə istifadə edilməli olduğunu bildirir.

E-saglam.az xəbər verir ki, "Acıbadem" Xəstəxanasının daxili xəstəliklər üzrə mütəxəssisi Dr. Sibel Işık bildirib ki, bu dərmanlar Tip 2 diabetin müalicəsində istifadə olunur və insulin istehsalını artırmaqla iştahanı azaldır. Lakin, yanlış və nəzarətsiz istifadəsi qarın ağrısı, ürəkbulanma, baş ağrısı, hətta daha ciddi problemlərə – pankreatit və bağırsaq tıxanıqlığına səbəb ola bilər.

Dr. Işık xəbərdarlıq edib ki, bu iynələr ancaq həkim təyinatı ilə və diyetoloq nəzarətində tətbiq olunmalıdır. Fiziki aktivlik və balanslı qidalanma ilə dəstəklənməyən “asan arıqlama” cəhdləri həm nəticəsiz, həm də sağlamlıq üçün təhlükəli ola bilər.

Qeyd edək ki, sürətli arıqlamaq cəlbedici görünə bilər, amma sağlam nəticə yalnız düzgün qidalanma, aktiv həyat tərzi və tibbi nəzarətlə mümkündür.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun