Qidalanma
Körpənin dad duyğusu ana bətnində formalaşır-
Qidalanma
13

Körpənin dad duyğusu ana bətnində formalaşır- maraqlı araşdırma

Uşaq həkimi Dr. Şule Zuhal Durak bildirib ki, körpənin dad duyğusu hamiləlik dövründə formalaşmağa başlayır. Ananın hamiləlik zamanı qəbul etdiyi qidalar, körpənin gələcəkdə hansı dadlara üstünlük verəcəyini müəyyənləşdirir.

E-saglam.az xəbər verir ki, Dr. Durak deyib ki, hamiləlikdə müxtəlif və balanslı qidalanma həm körpənin sağlam inkişafı, həm də allergiya riskinin azaldılması üçün vacibdir. Məsələn, hamiləlik və ya əmizdirmə dövründə fıstıq yeməyən ananın uşağında bu qidaya qarşı allergiya yaranma ehtimalı daha yüksək ola bilər.

Mütəxəssis əlavə edib ki, balıq, sağlam yağlar, Omega-3, dəmir, B12 və D vitamini ilə zəngin Aralıq dənizi tərzi qidalanma həm ana, həm də körpə üçün ən uyğun seçimdir.

Dr. Durak, əmizdirmə zamanı da eyni şəkildə sağlam qidalanmanın vacibliyini vurğulayıb:

“Ananın qəbul etdiyi qidalar süd vasitəsilə körpəyə ötürülür və bu, körpənin böyüməsinə birbaşa təsir edir”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun