Sağlamlıq
Uşaqlarda şəkər xəstəliyi sürətlə artır: Mütəxəssisdən
Sağlamlıq
13

Uşaqlarda şəkər xəstəliyi sürətlə artır: Mütəxəssisdən valideynlərə xəbərdarlıq

Endokrinoloq, dosent Özge Yüce xəbərdarlıq edib ki, həm 1-ci tip, həm də 2-ci tip şəkər xəstəliyi artıq uşaqlar arasında da ciddi şəkildə yayılmağa başlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, 1-ci tip diabet genetik və immun sistemlə bağlıdır və 1 yaşdan kiçik körpələrdə belə müşahidə oluna bilər. Xəstəlik zamanı mədəaltı vəz kifayət qədər insulin istehsal edə bilmir və ömürboyu insulin müalicəsi tələb olunur. Əlamətləri arasında tez-tez sidiyə çıxma, çox susamaq, arıqlama, halsızlıq və gecə alt islatma yer alır.

2-ci tip diabet isə əvvəllər yalnız böyüklərdə rast gəlinirdisə, indi uşaqlarda da sürətlə artır. Bunun əsas səbəbləri piylənmə, az hərəkətlilik və qeyri-sağlam qidalanmadır.

Yüce, valideynlərə şəkərli və qablaşdırılmış qidalardan uzaq durmağı, uşaqların gündə azı 1 saat aktiv olmasını təmin etməyi, ekran qarşısında keçirdikləri zamanı məhdudlaşdırmağımüntəzəm tibbi yoxlamalar aparmağı tövsiyə edib.

Mütəxəssis vurğulayıb ki, erkən diaqnoz qoyulan uşaqlarda diabetin idarə edilməsi daha asandır və bu, uşaqların sağlam gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun