Faydalı
Plastik maddələr xroniki xəstəliklərin gizli səbəbi ola bilər -
Faydalı
113

Plastik maddələr xroniki xəstəliklərin gizli səbəbi ola bilər - Araşdırma

ABŞ-ın Nyu-York Universiteti (NYU) Langone Health Mərkəzində aparılan yeni araşdırma, plastik istehsalında istifadə olunan bəzi kimyəvi maddələrin xroniki xəstəliklərin yaranmasında mühüm rol oynaya biləcəyini göstərib.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar bildiriblər ki, ftalatlar, bisfenollarPFAS maddələri kimi plastik komponentlərə uşaq yaşda məruz qalmaq, ürək xəstəlikləri, obezite, sonsuzluq və astma kimi problemlərə səbəb ola bilər.

Bu kimyasalların hormon sistemini pozduğu, iltihabı artırdığıbeyin inkişafına mənfi təsir göstərdiyi müəyyən edilib.

Araşdırmanın müəllifi, pediatr Leonardo Trasande qeyd edib ki, plastiklərə uşaqlıqda məruz qalmaq, sağlamlığa uzunmüddətli zərər verir. O, plastik qablar əvəzinə şüşə və ya paslanmayan poladdan istifadə etməyi, həmçinin plastiklərin mikrodalğada və ya qabyuyan maşında qızdırılmamasını tövsiyə edib.

Tədqiqatın nəticələri “The Lancet” jurnalında dərc olunub.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun