Son illərdə bir çox insan sağlam qidalanmanı dəstəkləmək üçün vitamin və mineral əlavələrinə müraciət edir. Lakin mütəxəssislər bəzi əlavələrin birlikdə qəbulunun orqanizm üçün zərərli ola biləcəyi barədə xəbərdarlıq edir.
E-saglam.az xəbər verir ki, qidalanma mütəxəssisi Cen Valpol bildirib ki, “bəzən iki faydalı maddənin eyni anda alınması, onların orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir”.
Birlikdə qəbul edilməməli əlavələr:
Kalsium və dəmir:
Kalsium, həzm sistemində dəmirin sorulmasını azaldır. Xüsusilə veqanlar və qan itkisi yaşayan qadınlar üçün bu vəziyyət risk yaradır. Tövsiyə: Dəmir yeməkdən əvvəl, kalsium isə sonra qəbul edilməlidir.
C vitamini və B12 vitamini:
Yüksək dozada C vitamini, B12-nin mənimsənilməsində rol oynayan zülallara təsir edir. Bu, B12 çatışmazlığı olan şəxslərdə vəziyyəti ağırlaşdıra bilər.
B12 çatışmazlığının əlamətləri: yorğunluq, başgicəllənmə, yaddaş zəifləməsi, sinir sistemi pozğunluqları.
Sink və mis:
Hər iki mineral vacib olsa da, bağırsaqda eyni sorulma bölgəsi üçün “rəqabət aparır”. Artıq sink qəbul edildikdə misin mənimsənilməsi azalır.
Mis çatışmazlığı nəticəsində yorğunluq, sümük zəifliyi və yaranın gec sağalması müşahidə edilə bilər.
Qida əlavələri qəbul edilərkən yalnız tərkibinə deyil, birlikdə istifadə edilə bilən və edilməyən maddələrə də diqqət yetirmək lazımdır. Doğru zamanlama və düzgün kombinasiyalar sağlam nəticə üçün əsas şərtdir.
Tərcümə: Nəzrin Abbas
.”