Səhər içilən bir stəkan içki bəzən yalnız təravət vermir, həm də qan təzyiqini nəzarətdə saxlamağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, Mütəxəssislər bildirir ki, düzgün içki seçimi ürək fəaliyyətini gücləndirir, damarların elastikliyini artırır və orqanizmin stres reaksiyasını azaldır:
Limonlu ilıq su:
Limonlu su C vitamini ilə zəngindir və orqanizmdəki oksidləşdirici stresi azaldır. Tədqiqatlar göstərir ki, bu vitamin sistolik təzyiqi bir qədər aşağı sala bilər. Lakin çox turş içilməsi mədə həssaslığı olan şəxslərdə narahatlıq yarada bilər.
Çuğundur suyu:
Təbii nitratlarla zəngin olan çuğundur suyu damarların genişlənməsinə və qan axınının yaxşılaşmasına kömək edir. Şəkərsiz və duzsuz təzə hazırlanmış çuğundur suyu hipertoniya ilə mübarizədə təsirli təbii vasitə sayılır.
Hind qozu (kokos) suyu:
Kokos suyu kalium baxımından zəngindir və bədəndə natrium səviyyəsini tarazlaşdırır. Bu isə təzyiqin sabit qalmasına yardım edir. Lakin qablaşdırılmış versiyaları çox zaman əlavə şəkər və duz ehtiva etdiyindən diqqətlə seçilməlidir.
Yaşıl çay:
Tərkibindəki katexinlər sayəsində damar funksiyasını yaxşılaşdırır. Qəhvəyə nisbətən daha az kafein ehtiva etdiyindən, təzyiqə daha yumşaq təsir göstərir. Gündə yüngül dəmlənmiş bir fincan yaşıl çay faydalıdır.
Bu içkilərdən uzaq durun:
Sərt qəhvə, enerji içkiləri və şəkərli meyvə şirələri təzyiqi müvəqqəti yüksəldə bilər. Həmçinin, duzlu ayran və meyan kökü tərkibli içkilər də hipertoniya xəstələri üçün məsləhət görülmür.
Tərcümə: Nəzrin Abbas