Astiqmat, gözün ön hissəsindəki şəffaf təbəqə – korneanın və ya göz büllurunun qeyri-bərabər əyriliyi nəticəsində yaranan bulanıq görmə halıdır.
E-saglam.az xəbər verir ki, normal halda kornea yumru forma daşıyır, lakin astiqmatda bu forma eliptik olur və görüntünün retinada düzgün fokuslanmamasına səbəb olur.
Əlamətləri:
- Bulanıq və ya kölgəli görmə
- Göz ağrısı və baş ağrısı
- Gecə görmədə çətinlik
- Gözləri qıyaraq baxma
- Uzun müddət oxuma zamanı göz yorğunluğu
Dərəcələri:
- 0,50–1,00: Yüngül dərəcəli astiqmat, adətən eynək tələb etmir.
- 1,00–4,00: Orta dərəcə — çox vaxt eynək və ya linza istifadə olunur.
- 4,00 və yuxarı: Yüksək dərəcə, mütləq həkim nəzarəti və eynək/linza istifadəsi vacibdir.
Müalicə üsulları:
Astiqmat gözlük, torik kontakt linzalar və ya lazer əməliyyatı ilə aradan qaldırıla bilər. Lazer üsulu, eynək və ya linzadan imtina etmək istəyənlər üçün ən effektiv variant hesab olunur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az