Qidalanma
Həkim Xəbərdarlıq Edir: Sağlam insan belə
Qidalanma
99

Həkim Xəbərdarlıq Edir: Sağlam insan belə böyrək xəstəsi ola bilər

Havaların soyuması və mövsümi xəstəliklərin artması ilə insanlar həkimə müraciət etmədən vitamin əlavələrinə üz tutur. Mütəxəssislər isə xəbərdarlıq edir: vitaminləri düşünmədən qəbul etmək böyrəklərə ciddi zərər vura bilər.

E-saglam.az xəbər verir ki, İnfeksiya xəstəlikləri üzrə mütəxəssis Dr. Doğaç Uğurcan bildirib ki, payız və qış aylarında immuniteti gücləndirmək məqsədilə vətəndaşlar C, B, D vitaminləri və kalsium kimi əlavələrdən çox istifadə edirlər. Lakin bu maddələrin bəziləri orqanizmdə artıq miqdarda yığıldıqda zərərli olur:

“Əgər analiz nəticəsində heç bir çatışmazlığınız yoxdursa, xüsusilə C vitamininin artıq qəbulu böyrəklərə zərər verə bilər. Heç bir probleminiz yoxkən, bu cür istifadələr sizi böyrək xəstəsinə çevirə bilər".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun