Qidalanma
Bir fincan kakao kişilərdə damar
Qidalanma
150

Bir fincan kakao kişilərdə damar sağlamlığını qoruyur

İngiltərədə aparılan araşdırma göstərib ki, isti kakao xüsusilə idman etməyən kişilərdə damar sağlamlığını qorumağa kömək edir.

E-saglam.az xəbər verir ki, alimlər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq qan dövranını zəiflədir və ürək xəstəliyi ilə insult riskini artırır. Lakin kakaodakı flavanol maddələri bu təsirlərə qarşı qoruyucu rol oynayır.

Birmingham Universiteti tədqiqatçıları 40 gənc kişi üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, flavanolla zəngin kakao içənlərdə damar funksiyası pozulmur, təzyiq sabit qalır.

Araşdırma Journal of Physiology jurnalında dərc olunub və flavanolun oturma səbəbli damar sərtliyinin qarşısını ala bildiyini ilk dəfə elmi şəkildə sübut edib.

Mütəxəssislər bildirirlər ki, flavanolla zəngin qidalar — kakao, alma, yaban mersini, fındıq və yaşıl çay — damar sistemini qorumağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun