Uroloq və cərrah İlnur Agliullin bildirib ki, bəzi simptomlar zamanı təcili şəkildə uroloqa müraciət etmək vacibdir. Onun sözlərinə görə, sidikdə qan və ya sidik zamanı ağrı hissi yaranarsa, bu, ciddi uroloji problemlərin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, həkim həmçinin böyrək nahiyəsində şiddətli ağrı və sidiyin tutulması kimi halların da təhlükəli simptomlar olduğunu vurğulayıb. Agliullin qeyd edib ki, sidik tutulması uzun müddət davam edərsə, bu vəziyyət böyrək və sidik kisəsi xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssis insanlara xəbərdarlıq edir ki, bu kimi əlamətlər müşahidə olunduqda öz-özünə müalicə ilə vaxt itirmədən uroloqa müraciət etmək lazımdır.
Tərcümə: Nəzrin Abbas
 
                 
                        
                     
             
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                