Faydalı
Mütəxəssislər xəbərdarlıq edir: Təmizləyici vasitələr mətbəxdə
Faydalı
17

Mütəxəssislər xəbərdarlıq edir: Təmizləyici vasitələr mətbəxdə təhlükə yaradır

Ev təmizliyində geniş istifadə olunan təmizləyici vasitələr, mətbəx kimi qapalı və tez-tez istifadə olunan sahələrdə ciddi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, sodyum hipoklorit tərkibli məhsullar, havalandırması zəif yerlərdə tənəffüs yollarını qıcıqlandırır, cild və gözlərdə yanma yaradır. Uşaqlar, yaşlılar və tənəffüs problemi olanlar üçün bu risklər daha yüksəkdir.

Təhlükəli qarışıqlar: Təmizləyici vasitələr sirkə, amonyak və ya asidik məhsullarla qarışdırıldığında toksik qazlar – kloramin və xlor qazı – əmələ gətirir, bu da baş ağrısı, nəfəs çətinliyi və zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssislər həmçinin xəbərdarlıq edir ki, bu vasitələr mətbəx dolabları, səthlər və kiçik ev cihazlarına tətbiq edildikdə rəng solması və aşınma baş verə bilər.

Təhlükəsiz alternativlər: Təbiət və bitki əsaslı məhsullar, məsələn sirkə, karbonat və limon suyu, həm sağlam, həm də ətraf mühit üçün daha uyğundur.

Mütəxəssislərin tövsiyələri:

- Təmizləyici vasitələr istifadə edilirsə, yaxşı havalandırılan sahədə tətbiq edilməlidir.

- Digər məhsullarla qarışdırılmamalıdır.

- Əlcək taxılmalı və təmizlikdən sonra əllər yuyulmalıdır.

- Mümkünsə təbii və bitki əsaslı məhsullar seçilməlidir.

Qeyd edək ki, mütəxəssislər təmizləyici vasitələrin mətbəxdə istifadəsini məhdudlaşdırmağı və təhlükəsiz alternativlərdən istifadəni tövsiyə edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun