Tibb üzrə mütəxəssis Doç. Dr. Zerrin Gamsızkan xəbərdarlıq edir ki, meyvə və şəkərin gün ərzində aktiv vaxtlarda istehlakı tövsiyə olunur, gecə isə bədən tərəfindən yağ kimi saxlanılır.
E-saglam.az xəbər verir ki, Dr. Gamsızkan bildirir ki, şəkərin həddindən artıq qəbulu obezite, daxili orqan yağlanması, insulin müqaviməti, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinə səbəb ola bilər. Xüsusilə uşaqlar üçün yüksək şəkərli qida və içkilər böyümə geriliyinə yol aça bilər.
O, həmçinin vurğulayıb ki, meyvə və bal təbii şəkər mənbəyidir, amma miqdara və istifadə saatına diqqət edilməlidir. Süni tatlandırıcılar isə yalnız tibbi zərurət halında istifadə olunmalıdır.
Nəticə: Meyvəni günün aktiv saatlarında yemək və sərbəst şəkəri azaltmaq sağlamlıq üçün əsas şərtdir.
Tərcümə: Nəzrin Abbas