Xəbərlər
Ramiz Mehdiyevin gəlini vəzifəsindən
Xəbərlər
136

Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edildi

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlininə qarşı yeni qərar verilib.

E-saglam.az "Qafqazinfo" ya istinadla verdiyi məlumata görə, Ramiz Mehdiyevin gəlinı Nigar Mehdiyeva tutduğu vəzifələrdən azad edilib. Məlumatı Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikası da təsdiqləyib.

Nigar Mehdiyeva klinikada müalicə işləri üzrə direktor müaviniII cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi. Bildirilir ki, o, bu vəzifələrdən bu günlərdə azad olunub.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə təyin olunduqdan sonra klinikanın direktoru Əhliman Əmiraslanov Nigar Mehdiyevanı işə qəbul etmiş və ona dosent elmi adı verilmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – Fövqəladə Hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına qadağa qoyulmuşdu.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun