Sağlamlıq
Uşaqlarda mövsüm dəyişikliyinə diqqət – həkimlər
Sağlamlıq
110

Uşaqlarda mövsüm dəyişikliyinə diqqət – həkimlər xəbərdarlıq edir

Mütəxəssislər bildirirlər ki, fəsil keçidləri zamanı, xüsusilə payız və qış aylarında, uşaqlar arasında tənəffüs yolları və allergik xəstəliklərə daha tez-tez rast gəlinir. Bu dövrlərdə poliklinikalar ən sıx fəaliyyət göstərən aylardan birinə çevrilir.

E-saglam.az xəbər verir ki, qulaq-burun-boğaz üzrə mütəxəssis, tibb üzrə elmlər doktoru Serkan Altıparmak qeyd edib ki, payız aylarında uşaqlarda allergik rinit (mövsümi allergiya) halları artır:

“Bu vəziyyətdə əsas əlamətlər — asqırma tutmaları, burun, qulaq və gözlərdə qaşınma, şəffaf axıntı və burun tutulmasıdır. Adətən qızdırma olmur və bu xəstəlik yoluxucu deyil. Antihistaminik dərmanlar və burun spreyləri uşaqlarda qısa müddətdə rahatlama yaradır. Lakin toz, tüstü və polen kimi tetikleyicilərdən uzaq durmaq vacibdir”.

Altıparmak əlavə edib ki, payız və qış aylarında uşaqlarda qrip və yuxarı tənəffüs yolu infeksiyaları da artır:
“Bu infeksiyalar ani başlayan hərarət, əzələ və oynaq ağrıları, boğaz ağrısı, öskürək və halsızlıqla müşahidə olunur. Yoluxucu olduqları üçün məktəb və bağçalarda asanlıqla yayıla bilər”.

Mütəxəssis vurğulayıb ki, 6 aydan yuxarı uşaqlar peyvənd oluna bilər, xüsusilə xroniki xəstəliyi olan uşaqlar üçün bu çox vacibdir. Lakin 6 aydan kiçik körpələr, vaksin komponentlərinə qarşı güclü allergiyası olanlar və yüksək hərarətlə müşahidə olunan aktiv infeksiya dövründə olan uşaqlarda peyvənd müvəqqəti olaraq təxirə salınmalıdır.

Həkim həmçinin bol maye qəbulu, dincəlmə, əl gigiyenası və otaqların tez-tez havalandırılması kimi tədbirlərin qoruyucu rol oynadığını bildirib. Uzunmüddətli yüksək hərarət, nəfəs darlığı, huş pozğunluğu və davamlı qusma kimi simptomlar müşahidə edilərsə, valideynlər dərhal həkimə müraciət etməlidirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun