Faydalı
Soda möcüzəsi: Meyvə və tərəvəzdəki
Faydalı
113

Soda möcüzəsi: Meyvə və tərəvəzdəki zəhəri yox edir!

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə qablaşdırılmış və emal olunmuş qidaların tərkibindəki əlavə maddələr uzun müddətdə ürək-damar, həzm və metabolik xəstəliklərin yaranma riskini artırır.

E-saglam.az xəbər verir ki, qastroenteroloq, professor Vedat Göral bildirib ki, son illərdə qaraciyər piylənməsi, təzyiq və damar problemlərinin artmasında bu cür qidaların rolu böyükdür:

“Bəzi məhsulların uzun müddət xarab olmaması üçün əlavə olunan maddələr orqanizmdə toksik təsir yaradır, mikrob balansını pozur və qaraciyər yağlanmasına səbəb olur. Buna görə mümkün qədər təbii və az emal olunmuş qidaları seçmək lazımdır”.

Prof. Göralın sözlərinə görə, meyvə və tərəvəzlərdə istifadə olunan pestisidlər (zəhərli kimyəvi maddələr) insan sağlamlığı üçün risk yaradır:

“Meyvə və tərəvəzlərdə pestisid qalığı qala bilər. Bu səbəbdən onları bol su ilə, lazım gələrsə, bir az soda əlavə edilmiş suda yumaq faydalıdır. Bu üsul zərərli kimyəvi maddələrin bir hissəsini aradan qaldırır. Həmçinin mümkün qədər yerli və orqanik məhsullara üstünlük vermək lazımdır”.

Qeyd edək ki, soda ilə yumaq sadə, amma təsirli üsuldur — meyvə və tərəvəzləri təmizləyir, orqanizmi kimyəvi zəhərlənmədən qoruyur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun