Sağlamlıq
Uzun müddət oturmaq beynin kiçilməsinə
Sağlamlıq
112

Uzun müddət oturmaq beynin kiçilməsinə səbəb ola bilər

ABŞ-da aparılan yeni araşdırma göstərib ki, uzun müddət oturmaq yalnız fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərir. Hətta gündəlik idman fəaliyyəti belə bu təsiri tamamilə aradan qaldırmaya bilər.

E-saglam.az xəbər verir ki, Vanderbilt, Pittsburgh və Seul Milli Universitetlərinin alimləri 50 yaşdan yuxarı 404 nəfəri müşahidə ediblər. Nəticələrə görə, gün ərzində çox oturan şəxslərin beyin həcmi kiçilib, xüsusilə yaddaşla bağlı hipokampus bölgəsində incəlmə qeydə alınıb.

Neyroloq Dr. Marissa Gogniat deyib:

“Altsheymer riskini azaltmaq üçün təkcə idman yetərli deyil, oturma müddətini də azaltmaq lazımdır.”

Tədqiqat, uzunmüddətli hərəkətsizliyin beyin qocalmasını sürətləndirdiyini göstərir. Mütəxəssislər, masa arxasında çalışanların tez-tez hərəkət fasilələri verməsini tövsiyə edir.

Qeyd edək ki, araşdırma “Alzheimer’s & Dementia” jurnalında dərc edilib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun