Qidalanma
Gənc qalmağın sirri
Qidalanma
130

Gənc qalmağın sirri bu vitamindədir

D vitamini çatışmazlığı bir çox sağlamlıq probleminə səbəb olur, kifayət qədər qəbul edildikdə isə orqanizm üçün saysız fayda verir.

E-saglam.az xəbər verir ki, yeni araşdırmalar bu vitaminin hüceyrə qocalmasını ləngitdiyini göstərib.

Qış aylarında günəş şüaları azalır, D vitamini sintezi zəifləyir. Lakin düzgün qidalanma və həkim məsləhəti ilə bu çatışmazlığın qarşısını almaq mümkündür. Somon, uskumru, sardalya, yumurta sarısı və süd məhsulları D vitamini baxımından zəngindir.

Günəşsiz aylarda D vitamini səviyyəsini yoxlatmaq və ehtiyac varsa, həkim nəzarətində əlavə qəbul etmək tövsiyə olunur.

Qeyd edək ki, D vitamini yalnız sümük sağlamlığı üçün deyil, həm də immuniteti gücləndirir və gənc qalmağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun