Qidalanma
Quru nanənin sağlamlığa faydaları: Həzm sistemindən stresə qədər
Qidalanma
76

Quru nanənin sağlamlığa faydaları: Həzm sistemindən stresə qədər təsirli bitki

Quru nanə gündəlik qidalanmada həm ətirli, həm də sağlamlığa faydalı bir bitki kimi diqqət çəkir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu ətirli bitki həzm sistemi, sinir sistemi və ümumi sağlamlıq üçün bir çox müsbət təsir göstərir.

Quru nanənin əsas faydaları arasında həzm prosesini asanlaşdırmaq, qəbizlik və şişkinliyi azaltmaq, qarın ağrılarını yüngülləşdirmək var. Eyni zamanda, təbii sakitləşdirici xüsusiyyətləri sayəsində stres və yorğunluğu azaltmağa da kömək edir.

Mütəxəssislər həmçinin quru nanənin nəfəs yollarının sağlamlığını dəstəklədiyini, sakitləşdirici çay şəklində qəbul edildikdə öskürək və boğaz problemlərinə yaxşı təsir etdiyini qeyd edirlər.

Quru nanəni çay, ətirli yeməklər və desertlərdə istifadə etməklə həm dadı artırmaq, həm də sağlamlığa töhfə vermək mümkündür. Mütəxəssislər gündəlik qidalanmada təbii və mülayim miqdarda quru nanədən istifadə etməyi tövsiyə edirlər.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun