Qidalanma
Şəkəri kəsdikdən sonra bədəndə
Qidalanma
91

Şəkəri kəsdikdən sonra bədəndə 7 mühüm dəyişiklik

Harvard təhsilli qastroenteroloq Dr. Saurabh Sethi sosial media hesabında yayımladığı videoda şəkərin kəsilməsindən sonra yalnız iki həftə ərzində bədəndə baş verən dəyişiklikləri izah edib. Yarım milyondan çox izləyicisi olan Dr. Sethi bildirib ki, şəkərin kəsilməsi üz görünüşündən qaraciyər sağlamlığına qədər bir çox sahədə sürətli dəyişikliklərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Dr. Sethi qeyd edib ki, şəkəri həyatından çıxaran şəxslərdə aşağıdakı dəyişikliklər müşahidə olunur:

- Üz daha təbii və canlı görünür.

- Göz ətrafındakı şişkinliklər azalır.

- Qaraciyər yağlanması geriləyir.

- Qarın bölgəsindəki piylər azalır.

- Bağırsaq mikrobiotasının balanslanması nəticəsində həzm sistemi daha sağlam olur.

Mütəxəssis əlavə edib ki, şəkərin kəsilməsi bədəndəki enerji səviyyəsini artırır, iltihab proseslərini azaldır və ümumi sağlamlıq üçün faydalıdır.

Bu dəyişikliklər qısa müddətdə baş verə bilsə də, davamlı və balanslı qidalanma ilə təsir daha da möhkəmlənir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun