Qidalanma
Kofe və çayın gücü: Xərçəng xəstələrinin
Qidalanma
100

Kofe və çayın gücü: Xərçəng xəstələrinin ömrünü uzadır

Gazi Universiteti Tibb Fakültəsinin Onkologiya kafedrasının müəllimi professor Uğur Coşkun, son elmi araşdırmanın nəticələrinə əsaslanaraq bildirib ki, çay və kofe istifadəsi xərçəng xəstələrində xəstəliyin gedişatını yavaşlada və ömrü uzada bilər.

E-saglam.az xəbər verir ki, professor Coşkunun sözlərinə görə, İtaliyada yerləşən IRCCS Avropa Onkologiya İnstitutunun apardığı yeni sistematik araşdırma, 1993–2023-cü illər arasında 40 mindən çox xərçəng xəstəsinin məlumatlarını təhlil edib.

“Bu araşdırma, çay və kofe istehlakının xərçəngin irəliləməsinə qarşı qoruyucu təsir göstərə biləcəyini ortaya qoydu,” – deyə Coşkun bildirib.

Alimin sözlərinə görə, çay xüsusilə daha güclü qoruyucu təsirə malikdir. Tədqiqat nəticəsində, çox miqdarda çay və ya kofe istehlak edən xəstələrdə, bu içkiləri az içənlərlə müqayisədə xəstəliyin irəliləməsi riski təxminən 24 faiz aşağı olub.

Araşdırma müxtəlif xərçəng növlərini – bağırsaq (kolorektal), süd vəzi, prostat, qaraciyər və sidik kisəsi xərçənglərini əhatə edib. Coşkun bildirib ki, xüsusilə kolorektal xərçəng hallarında həm çay, həm də kofe faydalı təsir göstərib, lakin süd vəzi xərçəngi üçün yalnız çayın əhəmiyyətli qoruyucu təsiri müəyyən olunub.

“Bu nəticələr göstərir ki, çay və kofe orqanizmdə antioksidant təsir yaradaraq hüceyrələrin zədələnməsini azalda bilər,” – deyə mütəxəssis əlavə edib.

Bununla belə, professor xəbərdarlıq edib ki, çay və kofenin həddindən artıq istifadəsi ürək-damar sistemi başda olmaqla bəzi sağlamlıq problemlərinə səbəb ola bilər:

“Araşdırma nəticələrinə əsasən, xəstələrə çox miqdarda çay və ya kofe içməyi tövsiyə etmək doğru olmaz. Hər bir xəstə bu barədə həkimi ilə məsləhətləşməlidir,” – deyə Coşkun vurğulayıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun