ABC Pharm vakansiya elan edir: Tibbi nümayəndə (Şəki, Zaqatala, Balakən, Qax, Oğuz bölgələri üzrə)
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:
İş barədə məlumat:
- Gündəlik olaraq tibb müəssisələrinə baş çəkmək
- Şirkətin məhsullarını həkimlərə təqdim və tanıtmaq
- Verilmiş təlimat və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
- Marketinq strategiyalarını tətbiq etmək
- Bazarın və rəqiblərin araşdırılması, tələbatın müəyyənləşdirilməsi
- Günlük və aylıq hesabatların hazırlanması
İş qrafiki:
- 09:00 – 18:00 (5 günlük iş rejimi)
- Şənbə və bazar – istirahət günləri
Əmək haqqı:
- 400 – 1000 AZN
(satış göstəricilərinə əsasən əlavə faiz və bonuslar tətbiq olunur)
Qeyd:
Müsahibədən uğurla keçən namizədlər üçün preparatlarla bağlı müvafiq təlimlər (treninqlər) keçiriləcək.
Tələblər:
- Stresə davamlılıq
- İnsanlarla ünsiyyət və işləmə bacarığı
- Təmkinli və məsuliyyətli olmaq
Müraciət:
Uyğun namizədlər məktubun mövzusunda “Tibbi nümayəndə” qeyd etməklə şəkilli CV-lərini aşağıdakı ünvana göndərə bilərlər:
office@abc-pharm.az