Tədbirlər
"Medinex 2025"də TƏBİB-in pavilyonunda
Tədbirlər
105

"Medinex 2025"də TƏBİB-in pavilyonunda sizi nələr gözləyir?

Bildiyiniz kimi, “Medinex” sərgisinin rəsmi dəstəkçilərindən biri də TƏBİB-dir. TƏBİB bu il də sərgidə pavilyonla təmsil olunur.

E-saglam.az xəbər verir ki, sərgi müddətində tədbir iştirakçılarına TƏBİB-in layihələri, tibb müəssisələrində olan yeniliklərlə bağlı məlumatlar veriləcək.

Təqdim ediləcək “Layihə hovuzu” platforması TƏBİB-in sosial məsuliyyət sahəsində atdığı mühüm addımlardan biridir.

“Layihə hovuzu”nun məqsədi korporativ sosial məsuliyyət (KSM) yönümlü təşəbbüsləri bir araya gətirən, yaradıcı, innovativ və strateji layihələrin paylaşılmasını və inkişafını təşviq edən vahid bir platforma yaratmaqdır. Platforma sağlam həyat tərzinin təbliği, maarifləndirmə, reproduktiv sağlamlıq, rəqəmsallaşmanın rolu və digər istiqamətlərdə sosial məsuliyyət layihələrini real nəticələrə çevirməyə kömək edəcək.

Həyata keçirilən bir sıra yeniliklər arasında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılması da var.

Mərkəzin əsas məqsədi pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyəsini minimuma endirməkdir.

Təcili tibbi yardım xidmətinin
rəqəmsallaşdırılması, yeni rəqəmsal platformanın yaradılması, xidmətin bütün komponent və mərhələlərinin vahid platformada idarə olunması, “103” xidmətinin “e-Tabib” tətbiqinə inteqrasiyası ilə bağlı iştirakçılara geniş məlumatlar veriləcək.

Həmçinin “Medinex” sərgisində ilk dəfə olaraq TƏBİB-in tabeli tibb müəssisələri - Yeni Klinika və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stendi qurulub. Tibb müəssisələrinin əməkdaşları tərəfindən sərgi müddəti müddətində iştirakçıların məlumatlandırılması, yeniliklərin işıqlandırılması nəzərdə tutulub.

TƏBİB-in pavilyonunda sizin marağınıza səbəb olacaq xidmətlər də yer alacaq. Belə ki, siz “Həkim olmaq xəyalınızı gerçəkləşdirə” biləcək, virtual eynək vasitəsilə ürək-ağciyər reanimasiyasının (CPR) fəaliyyətini izləyə biləcək, həmçinin ürək dayanması hallarında defibrilyatordan istifadə qaydalarını öyrənəcəksiniz.

TƏBİB-in təşkilatçılığı ilə iştirakçılar Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı ilə əlaqədar həkim müayinəsində ola biləcək, mammoqrafiya xidmətindən yararlana biləcək.

Eyni zamanda iştirakçılar könüllü olaraq qan verə biləcək və qana ehtiyacı olan insanların həyatlarını xilas etmək şansını əldə edəcəklər. 

Əlavə edək ki, TƏBİB-in və tabeli tibb müəssisələrinin əməkdaşları sərginin işgüzar proqramında da təqdimatla çıxış edərək iştirakçıları müxtəlif aktual mövzularla bağlı məlumatlandıracaqlar.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun