Tədbirlər
Vüqar Qurbanov: “İnnovasiya və rəqəmsallaşma
Tədbirlər
137

Vüqar Qurbanov: “İnnovasiya və rəqəmsallaşma Azərbaycan səhiyyəsinin inkişafının əsas dayağıdır"

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Medinex-2025” Tibb İnnovasiyaları Sərgisində çıxış edərək, son illərdə Azərbaycan səhiyyə sistemində aparılan islahatların əsas hədəfinin tibbi xidmətlərin keyfiyyətini artırmaq, onların əlçatanlığını və şəffaflığını təmin etmək olduğunu vurğulayıb.

E-saglam.az-ın məlumatına görə, o bildirib ki, səhiyyədə müasir texnologiyaların tətbiqi idarəetməni çevik və səmərəli edir, pasiyent məmnuniyyətini yüksəldir. “Medinex” sərgisinin isə innovasiyaların, təcrübə mübadiləsinin və yeni əməkdaşlıqların formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Vüqar Qurbanov çıxışında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılmasını, təcili tibbi yardım sisteminin modernləşdirilməsini və “Layihə hovuzu” adlı korporativ sosial məsuliyyət platformasının istifadəyə verilməsini əsas yeniliklər kimi göstərib.

O, həmçinin rəqəmsal səhiyyə sahəsində mühüm nailiyyətlərdən danışaraq bildirib ki, TƏBİB-in tabeliyindəki Yeni Klinika və Nizami Tibb Mərkəzi HIMSS beynəlxalq sertifikatını alıb. Hazırda bütün tibb müəssisələrində Xəstəxana İdarəetmə Sistemi, elektron növbə və Laboratoriya İdarəetmə Sistemi tətbiq olunub. Artıq vətəndaşlar laborator nəticələrini “e-TABIB” mobil tətbiqi vasitəsilə onlayn əldə edə bilirlər.

Qurbanovun sözlərinə görə, bu rəqəmsal həllər real vaxtda məlumat mübadiləsini təmin edir, qərarların dəqiqliyini artırır və idarəetmədə şəffaflığı möhkəmləndirir.

Sonda o, sərgi iştirakçılarına uğurlar arzulayaraq qeyd edib ki, “Medinex” sərgisi Azərbaycan səhiyyəsinin dayanıqlı inkişafına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verəcək.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun