Qidalanma
Bir fincan kakao kişilərin
Qidalanma
103

Bir fincan kakao kişilərin damarlarını qoruyur

İngiltərədə aparılan yeni araşdırmaya görə, isti kakao içmək uzun müddət oturmanın damar sağlamlığına mənfi təsirini azalda bilər. Tədqiqatda 40 kişi iştirak edib və onlara yüksək və aşağı flavanol tərkibli kakao verilib.

E-saglam.az xəbər verir ki, yüksək flavanol (695 mq) içənlərdə damar funksiyası qorunub, aşağı flavanol (5,6 mq) içənlərdə isə zəifləyib və təzyiq yüksəlib.

Alimlər bildirirlər ki, flavanollar damar elastikliyini qoruyur və uzun müddət hərəkətsiz qalmanın zərərini azalda bilər. Kakao, alma, yaban mersini, fındıq, yaşıl və qara çay da bu maddə ilə zəngindir.

Journal of Physiology jurnalında dərc olunan araşdırma bu təsirin ilk dəfə elmi şəkildə sübut olunduğunu göstərir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun