Sağlamlıq
Soyuq hava sinüziti artırır: Mütəxəssisdən
Sağlamlıq
125

Soyuq hava sinüziti artırır: Mütəxəssisdən vacib xəbərdarlıq

Havaların soyuması və immunitetin zəifləməsi sinüzit riskini artırır. Qulaq-burun-boğaz mütəxəssisi Dr. Lütfü Şeneldir bildirib ki, sinüzit yalnız burun tutulması və baş ağrısı ilə məhdudlaşmır, nəfəs almanı və yuxu keyfiyyətini də azaldır.

E-saglam.az xəbər verir ki, sinüzitin əsas əlamətləri burun tutulması, üz nahiyəsində təzyiq hissi, baş ağrısı, qoxu itkisi və öskürəkdir.

Mütəxəssis xəbərdarlıq edir: qapalı və havasız yerlərdən uzaq durmaq, burun təmizliyinə diqqət etmək, kifayət qədər su içmək və siqaret tüstüsündən qaçmaq sinüzitin qarşısını almağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun