Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyət göstərən, Orxan Oktay oğlu Baxşızadəyə məxsus şərab evində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan dilində markalanması və istehsalçı barədə məlumatları olmayan "Имперская", "Тigoda", "Столовая", "Русский Дозор", "Российская Корона" əmtəə nişanlı araq məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.